CƏMİYYƏT


Sərnişin avtobuslarında cibgirlik edən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında dörd vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyənləşdirilərək tutulub. Qurban Mehdiyev ifadəsində törətdiyi cinayətləri etiraf edib.