Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda müəssisələrin birində yanğın baş verib

26.05.2022 [15:22]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.