SİYASƏT


Müstəqillik Günü münasibətilə Budapeştdə ziyafət təşkil olunub

Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin siyasi direktoru, digər dövlət qurumlarının və Macarıstana akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən 45 ölkənin diplomatik nümayəndəliklərinin və Türk Şurasının Budapeşt ofisinin rəhbərləri, elmi-akademik dairələrin, siyasi partiyaların və KİV təmsilçiləri, Azərbaycan diasporasının üzvləri və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr daxil olmaqla tədbirdə 200 qonaq iştirak edib. Tədbir Azərbaycan və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır