SİYASƏT


Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Müstəqillik Günü Tokioda qeyd olunub

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Müstəqillik Günü münasibətilə Tokioda ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Tokionun mərkəzində yerləşən “Okura” mehmanxanasında keçirilən qəbulda əsas qonaq qismində Yaponiya parlamentinin müşavirlər palatasının sədri xanım Akiko Santo, Yaponiya xarici işlər nazirinin müavini Taro Honda, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Akira Amari, Tokionun qubernatoru Yuriko Koike, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri Yoşihisa Suzuki, deputatlar, Yaponiyanın bir sıra prefektura və şəhərlərinin qubernatorları və merləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpus və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır