SİYASƏT


Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərin 30 illiyi və Müstəqillik Günü Nur-Sultanda qeyd edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan-Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin energetika naziri Bolat Akçulakov, xarici işlər nazirin birinci müavini Akan Raxmetulin və nazir müavini Yermuxambet Konuspayev, ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Qazaxıstan ictimaiyyətinin görkəmli simaları, hərbi ataşelər, mətbuat nümayəndələri iştirak ediblər.