SİYASƏT


Baş Klinik Hospitalda tibbi təlim keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarına “Hospitala xəstə və yaralıların kütləvi qəbulu zamanı onların çeşidlənməsi, yerləşdirilməsi və tibbi yardımın göstərilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı kursantlar xəstə və yaralıların qəbulu, onlara ilk tibbi yardımın göstərilməsi, müayinə, müalicə və qarşıya qoyulan digər tapşırıqları praktiki olaraq icra ediblər.