CƏMİYYƏT


Xaçmazda şəhid övladları üçün bayram şənliyi təşkil edilib

Xaçmazda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər parkında təşkil edilən bayram şənliyində şəhid övladları, uşaq bağçalarında tərbiyə alan balaca fidanlar və ibtidai sinif şagirdləri iştirak ediblər.