DÜNYA


Şanxayda uzun müddət davam edən qapanma rejimi başa çatıb

Çinin işgüzar mərkəzi olan Şanxayda 2 aydan çoxdur davam edən qapanma rejimi iyunun 1-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, şəhər hökuməti sutkalıq yoluxmaların əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq belə qərar qəbul edib. Yoluxma halları qeydə alındığı üçün qapalı və nəzarət olunan kateqoriyalı məhəllələrdə yaşayanlar istisna olmaqla, sakinlərin evlərindən və məhəllələrindən çıxışına qoyulan qadağa bu gündən aradan qaldırılıb.