Azərbaycan Dövlət İnformasiya Agentliyi

Etna vulkanı yenidən oyanıb

02.06.2022 [15:52]

Xəbərin mətni

Avropanın ən böyük aktiv vulkanı olan Etnada aktivlik müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan yenidən fəallaşıb, lava axınları müşahidə edilib, bölgədə çox sayda vulkanik zəlzələ baş verib.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb.