CƏMİYYƏT


Beyləqanda şəhid Rahil Məmmədlinin xatirəsinə bulaq kompleksi inşa edilib

Beyləqanda şəhid Məmmədli Rahil Şəmil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün adını daşıyan bulaq kompleksi inşa olunub. Kompleksin açılış mərasimində şəhidin ailəsi ilə birlikdə Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri, qazi və veteranlar, şəhid ailələri, təhsil işçiləri və məktəb kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid Rahil Məmmədlinin məzarı ziyarət edilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhuna dualar oxunub. Sonra bulaq kompleksinin önündə açılış mərasimi keçirilib.