SİYASƏT


Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib

Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankara şəhərində Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Diplomatik münasibətlərin otuzuncu il mərasimi” devizi ilə təşkil olunan mərasim Türkiyənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova və Ukrayna ilə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə təşkil edilib.