DÜNYA


Mövlud Çavuşoğlu: Türkiyə Rusiya-Ukrayna gərginliyinin danışıqlar yolu ilə dayandırılması üçün səylərini davam etdirir

Bu gün istər təkbətək, istərsə də nümayəndə heyətləri arasında keçirilən görüşlərdə ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə etdik. Danışıqlarımız məhsuldar oldu. Təbii ki, regional məsələlərlə bağlı gündəmimizin başında Ukrayna durur. Bu böhranda üç ay yarımı geridə qoyduq. İnsan itkilərinin və dağıntıların gündən-günə artdığını görməkdən təəssüflənirik. Rusiya-Ukrayna böhranı başlayandan bəri Türkiyənin nümayiş etdirdiyi münasibət hər kəsə məlumdur. Türkiyə bu gərginliyin danışıqlar yolu ilə dayandırılması üçün böyük səylər göstərib və göstərməyə davam edir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.