CƏMİYYƏT


Xaçmazda meşədə 1233 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Şıxsa Mahmudzadə və Fərid Abdıyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin rayonun Qaracəlli kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1233 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.