CƏMİYYƏT


İndiyədək 3 minədək şəhid ailəsi üzvünə və qaziyə psixoloji yardım göstərilib

Vətən müharibəsindən sonra ötən ilin fevralın 28-nə kimi psixoloq və psixiatrlar 2 min 951 şəhid və qazi ailəsinə baş çəkiblər. Onlardan 2 min 455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbçilər və onların ailə üzvləri olub.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.