CƏMİYYƏT


Şirvan sakininin evindən külli miqdarda heroin aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanıb.