CƏMİYYƏT


Dünyanın məşhur səyyahlarının Qarabağa səfəri başlayıb

Dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər.
İyunun 16-da başlayan səfərin ilk dayanacaq yeri Xocavənd rayonu olub. Qonaqlar Xocavənddə qədim yaşayış məskəni Azıx mağarasında olub, füsunkar təbiəti seyr ediblər.