SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiya ilə mübarizədə əsl nümunə göstərdi

Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torpaqlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasda söyləyib.