CƏMİYYƏT


“Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub

Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 2022-ci il martın 9-da imzalanan “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, həyata keçirilən humanitar layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.