Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir qrup Vətən müharibəsi qazisi və veteranı istirahət üçün Xaçmaz rayonuna yola düşüb

22.06.2022 [13:11]

Xəbərin mətni

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş 44 nəfər qazi və veteran iyunun 22-də paytaxtdan Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” ailəvi istirahət mərkəzinə yola salınıb.