DÜNYA


Çində dünyanın ən çox konteyner daşıya bilən gəmisi istehsal olunub

Çində 20 futluq 24 min konteyner daşıya bilən yük gəmisi “Ever Alot” istismara verilib. Bu, dünyanın ən çox konteyner daşıya bilən gəmisidir.AZƏRTAC xəbər verir ki, Şanxaydakı “Hudon-Conhua” gəmiqayırma zavodunda inşa edilmiş 400 metr uzunluğundakı gəmi həm də Çində istehsal olunmuş ilk ultra böyük yük gəmisidir. “Ever Green” dənizçilik şirkətinə məxsus gəminin eni 61,5 metr, göyərtəsinin sahəsi 24 min kvadratmetrdir.