CƏMİYYƏT


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Ağcakənddə selin ziyan vurduğu ərazilərə baxış keçirib

Ötən gün güclü leysan nəticəsində Goranboy rayonunun Ağcakənd qəsəbəsinə dərələrdən gələn sel səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib, kənd ərazisindən qısamüddətli sel keçib və bəzi evlərə su dolub. Vəziyyətlə bağlı axşam saatlarından etibarən Goranboy Suvarma Sistemləri İdarəsinin texnikaları və şəxsi heyəti selin ziyan vurduğu ərazilərə cəlb olunub.