Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada uşaq hüquqları ilə bağlı təlimə 60 istedadlı uşaq cəlb olunub

23.06.2022 [16:47]

Xəbərin mətni

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqdan uşağa” layihəsi çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı Qubada təşkil olunan təlimə 60 uşaq cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri, Quba, Xaçmaz, Qusar rayonlarını təmsil edən istedadlı uşaqlar, şəhid və qazi övladları, eləcə də Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun fəalları iştirak ediblər.