SİYASƏT


Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi orkestrlərin marşrutlar üzrə yürüşləri Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqaməti üzrə keçirilib.