DÜNYA


İsveçdə iki il fasilədən sonra “Midsommar” bayramına həsr olunan tədbirlər başlayıb

İyunun 24-25-də İsveçdə ilin əsas bayramlarından biri - “Midsommar” yay gündönümü günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu bayram iyunun 19-dan sonrakı ən yaxın cümə və şənbə günündə keçirilir. İsveçlilər və digər Şimali Avropa xalqları üçün “Midsommar”, “Milad” bayramı ilə yanaşı böyük məna daşıyır. Bütpərəstlik kökləri olan bayram münasibətilə ölkədə həmişə qeyri-iş günləri elan edilir. İsveçlilər bu günləri adətən ailə üzvləri ilə birlikdə şəhərdən kənarda və ya parklarda baş tutan bayram tədbirlərində keçirirlər.