SİYASƏT


Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında Şuşada aparılan bərpa-quruculuq işlərindən danışılıb

Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində lokal və regional idarəçilik orqanları rəhbərlərinin dəyirmi masası keçirilib.AZƏRTAC xəbər verir ki, toplantıda yerli və regional idarəçilik orqanlarının şəhərlərin gələcək inkişafında rolu, təhsil, səhiyyə, urbanizasiya, sosial-iqtisadi inkişaf, su və enerji təminatı, məişət tullantılarının toplanması və emalı sahələrində görülməsi tələb olunan işlərdən danışılıb.