Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Muğan və Maşın qolu kanallarında lildən təmizləmə işləri aparılıb

28.06.2022 [14:22]

Xəbərin mətni

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən cari ildə Təzə Cənubi Muğan, Köhnə Cənubi Muğan və Maşın qolu kanallarında lildən təmizlənmə işləri davam etdirilib. Əlavə olaraq kanallar üzərində olan hidrotexniki qurğular və istismar yolları da təmir olunub. Bundan başqa, idarənin balansında olan nasos stansiyalarına baxış keçirilərək təmir olunub və yenidən istismara verilib.