Azərbaycan Dövlət İnformasiya Agentliyi

Geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar edilib

28.06.2022 [16:35]

Xəbərin mətni

Bu günədək geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar olunub.Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.