Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçuda orta məktəb binasında baş verən yanğın söndürülüb

28.06.2022 [19:56]

Xəbərin mətni

Bakıda, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbələrarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.