Taxıl sahələrinin 49 faizində biçin başa çatıb
30.06.2022 [11:21]
Xəbərin mətni
Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin 49 faizində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, biçin prosesində 1503 kombayn iştirak edir.