SİYASƏT


“Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” serialının növbəti buraxılışı Ağdam şəhərinə həsr olunub

Dünyanın nüfuzlu “Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” (Mysteries of the abandoned) elmi serialının növbəti buraxılışı Azərbaycanın Ağdam şəhərinə həsr olunub.AZƏRTAC xəbər verir ki, reportajda son otuz ildə Ermənistan-Azərbaycan münaqişəsinin on minlərlə insanın həyatına son qoyduğu, müharibə zamanı və ondan sonra işğal dövründə şəhər və kəndlərin məhv edildiyi əksini tapır. Qeyd edilir ki, vaxtılə regionun mədəniyyət mərkəzi olan və bir vaxtlar minlərlə insanın yaşadığı Ağdam işğal dövründə yerlə-yeksan olunub və heç kimin yaşamadığı, tamamilə dağıdılmış “ruhlar şəhəri”nə çevrilib.