CƏMİYYƏT


Yevlax şəhərində şəhid mayor Toğrul Bərxudarovun doğum günündə xatirəsi anılıb

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun şəhid zabiti Toğrul Məmməd oğlu Bərxudarovun anadan olmasının 35-ci ildönümü münasibətilə Yevlax şəhərində tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək məzarlar üzərinə qərənfillər düzüb, igid zabitin məzarı qarşısına Müdafiə Nazirliyinin, xidmət etdiyi hərbi hissənin və təhsil aldığı Yuxarı Qarxun kənd tam orta məktəbinin kollektivi adından çələng və əklillər qoyulub.