CƏMİYYƏT


Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində ağır xəsarətlər alan minik avtomobilinin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yük avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.