DÜNYA


Cənubi Çin dənizində qəzaya uğrayan gəminin 27 heyət üzvü itkin düşüb

Şənbə günü Cənubi Çin dənizinin Honkonq sahillərində şiddətli qasırğa səbəbindən qəzaya uğrayan mühəndis gəmisinin onlarla heyət üzvü itkin düşmüş hesab olunur.AZƏRTAC Dayly Mail nəşrinə istinadla xəbər verir ki, iki təyyarə və dörd helikopterlə hadisə yerinə gələn xilasedicilər şənbə günü axşamadək 30 nəfərlik heyət üzvlərindən yalnız üçünü xilas edə biliblər.