DÜNYA


İstanbulda meşəlik ərazidə yanğın baş verib

İstanbulun Beykoz bölgəsində Çavuşbaşı meşəlik ərazisində yanğın baş verib.AZƏRTAC xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub. Hazırda alovların söndürülməsi işləri havadan və qurudan davam edir.Yanğın yaşayış ərazilərinə yaxın bölgədə meydana gəlib.Fəsadlarla bağlı hələ açıqlama verilməyib.