CƏMİYYƏT


Şəhid övladları üçün ikinci “YAŞAT” düşərgəsi başlayıb

İyulun 4-də Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa” otelində “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunan ikinci “YAŞAT” düşərgəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Qalaaltı Hotel & Spa”nın baş direktoru Nazim Süleymanov iştirak ediblər.