DÜNYA


Məkkədə Həcc ziyarətinə hazırlıqla bağlı təhlükəsizlik qüvvələrinin paradı olub

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Həcc ziyarətində zəvvarların təhlükəsizliyinin qorunmasına hazırlığı nümayiş etdirmək məqsədilə Məkkə şəhərinin meydanında parad keçiriblər.
AZƏRTAC xəbər verir ki, parada xilasetmə dəstələri, helikopterlər, təcilli tibbi yardım briqadaları və hərbçilər cəlb olunublar. Əvvəlcə təhlükəsizlik qüvvələri potensial terrorçularla mübarizə və zəvvarların xilas edilməsi əməliyyatlarını nümayiş etdirib. Sonra hərbçilərin tribuna önündən keçidi olub.