SİYASƏT


Nazir Mövlud Çavuşoğlu: Azərbaycanın Ermənistana təklif etdiyi davamlı sülh anlaşmasının imzalanmasının tezləşdirilməsini istəyirik

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlaması üçün bəzi addımlar atılıb. Bunu mərhələli qaydada davam etdirmək istəyirik. Hər zaman dediyim kimi, Can Azərbaycanla prosesi məsləhətli şəkildə koordinasiya edirik. Digər tərəfdən Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyirik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında ifadə edib.