SİYASƏT


“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.
Təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.