İsmayıllıda iri gövdəli ağac aşıb, yol bağlanıb
06.07.2022 [14:24]
Xəbərin mətni
İsmayıllıda iri gövdəli ağac avtomobil yoluna aşıb. Avtomobillər üç saata yaxın yolda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Muğanlı-İsmayıllı yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, iri gövdəli çinar ağacının avtomobil yoluna aşması nəticəsində nəqliyyatın hərəkətində problem yaranıb. Aidiyyəti qurumların əməkdaşları yolun açılmasına cəlb olunublar.