SİYASƏT


Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə yaradılan yeni kursun ilk buraxılışı olub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçularla yanaşı, gizirlərin də böyük xidmətləri olub. Müharibənin ilk günündən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda müxtəlif hərbi vəzifələri tutan “gizir” rütbəli hərbi qulluqçularımız da mərdlik, şücaət nümunələri göstərib.