MƏDƏNİYYƏT


Tarixin sirlərini yaşadan Kələxana türbələri – nadir tapıntılar aşkarlandı

Şamaxıda yerləşən Kələxana türbələr kompleksində Heydər Əliyev Fondunun dəstəyi ilə arxeoloji tədqiqatlar aparılır. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işçi heyəti iki aydır ki, əraziyə səfərbər edilib. Ötən qısa müddətdə mühüm tapıntılara rast gəlinib.
AZƏRTAC xəbər verir ki, Kələxana türbələr kompleksi Şamaxı şəhərindən 9 kilometr cənubda yerləşir və 4,6 hektar ərazini əhatə edir. Maraqlıdır ki, tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir.