CƏMİYYƏT


Yenidənqurma işlərindən sonra Ramana qəsəbəsi ilə tanışlıq

Qəsəbəyə daxil olarkən çəkiliş qrupumuzu qarşılayan “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşı Leyla Mirzəyeva və Bakı Abadlıq Xidməti” MMC-nin baş rəssamı Emin Ələkbərov burada görülən işlər haqqında ətraflı məlumat verib. Abadlaşdırma zamanı tarixi abidələrin və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilib. Belə ki, bütün küçələrin hasar divarları üzərində gözoxşayan rəssam, eləcə də Abşeronun yarayış və qədim memarlığı əks etdirən avanqart təsvirlər yer almaqdadır. Burada yaradılan yeni iaşə obyektləri ilə yanaşı qədim sənətkarlıq sahələri də fəaliyyət göstərəcək ki, bunun da turistlərin marağına səbəb olacağı gözlənilir.