DÜNYA


Çində kommersiya xidmətləri göstərəcək kosmodrom inşa edilir

Çində kommersiya prinsipləri əsasında işləyəcək ilk kosmodromun inşasına start verilib.
AZƏRTAC xəbər verir ki, Çinin cənubundakı Haynan adasının Venşan şəhərində inşa edilən kosmodrom dünyasəviyyəli və bazaryönümlü buraxılış məntəqəsi kimi fəaliyyət göstərəcək. Kosmodrom layihəsi Haynan hökumətinin və dövlətəsaslı 3 qurumun birgə layihəsidir.