Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təzəpir məscidində bayram namazı qılınıb

09.07.2022 [11:52]

Xəbərin mətni

Qurban bayramı münasibətilə iyulun 9-da Azərbaycan məscidlərində birgə bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, bayram namazı ölkəmizdə fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının Təzəpir məscidində qılınıb.
Təzəpir məscidindəki dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.