Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Büsat Qurbanovun xatirəsinə bulaq kompleksi inşa olunub

12.07.2022 [10:30]

Xəbərin mətni

Vətən müharibəsi şəhidi Büsat Əfsər oğlu Qurbanovun adının əbədiləşdirilməsi məqsədilə Füzuli rayon Aşağı Kürdmahmudlu kəndində tikilən “Şəhid bulağı”nın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidənin açılış mərasimində hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd məktəbinin kollektivi, kənd ağsaqqalları və sakinləri iştirak ediblər.