CƏMİYYƏT


Göyçayda minik avtomobili yanıb

Göyçay rayonunda minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Ləkçıplaq kəndi ərazisində hərəkətdə olan avtomobildə baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Samir Hacıyevə məxsus "QAZ 2410" markalı minik avtomobilinin mühərrikində baş verən yanğın qısa vaxtda genişlənərək salona keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.