CƏMİYYƏT


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Şuşa şəhərinə səfər edib

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci il iyulun 14-də fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu gün 24 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar sədr Fərhad Abdullayevin başçılıq etdiyi Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarlarının elan olunması üçün Şuşa şəhərinə səfər edib.