Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıblar
16.07.2022 [11:57]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinə müraciət edən şəxs ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.