Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə güclü meşə yanğını başlayıb

16.07.2022 [15:31]

Xəbərin mətni

Türkiyənin Manisa bölgəsindəki Akhisar və Kocakağan məhəllələrində güclü meşə yanğını başlayıb.AZƏRTAC xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:00 radələrində qeydə alınan yanğının daha geniş əraziyə yayılmaması və söndürülməsi üçün tədbirlər görülür. Hazırda əraziyə aviasiya vasitələri və digər yanğınsöndürmə texnikaları cəlb olunub.