DÜNYA


Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 30 nəfər xəsarət alıb

Türkiyənin Kayseri şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb.
Qara dəniz turundan Mersin şəhərinə gedən avtobus əvvəlcə yolun kənarındakı yol nişanına çırpılıb, daha sonra isə yana çevrilib. Ehtimal edilir ki, hadisəyə səbəb sürücünün yuxulaması olub.